Atalar sözləri

Qafqaz ləzgilərinin çoxlu maraqlı və ibrətamiz kəlamları var. Onlar həyat həqiqətlərinə uyğun məlumatları çatdırmaq üçün müdrik insanlar tərəfindən yaradılır. Atalar sözlərini yerində və vaxtında demək ləzgilərdə böyük bacarıq hesab olunur.
2011-ci ilin fevral ayında Bakıdakı Üfüq-S dil tədqiqatı təşkilatında atalar sözləri mövzusunda seminar keçirilmişdir. Seminarda digər Qafqaz dillərinin nümayəndələri ilə yanaşı ləzgilərin nümayəndələri atalar sözlərinin xüsusiyyətlərini araşdırmış və onların təhlili və dünyaya çatdırılması haqqında fikirlərini bölüşmüşlər. Seminarda müdriklik və axmaqlıq haqqında ləzgi atalar sözlərindən hazırlanmış bir video göstərilmişdir.
"Samur" qəzeti səhifələrindən, ayrı-ayrı kitablardan, internetdən 400-dən çox ləzgi atalar sözləri toplanmışdır.
Süleymanın məsəlləri - Əlaqələr