Ləzgi dili haqqında

Ləzgi dilində Dağıstanın cənubunda, həmçinin Rusiyada və Şimali Azərbaycanda yaşayan 800 minə yaxın əhali danışır.

Ləzgi dili Dağıstanın ən böyük dil qruplarından biridir. Bu dil qrupuna ləzgi, tabasaran, ağul, rutul, saxur, qrız, buduğ, arçi, udin və xınalıq dilləri aiddir. Bu dillərdən beşinin əlifbası (yazısı) yoxdur.

Ləzgi dili Dağıstan dillərinin iber-qafqaz dil qrupuna aiddir. Bu dildə danışan əhalinin çox hissəsi Azərbaycanda və Dağıstanda yaşayır. Ləzgi dili üç əsas lüğətdən (kürə, quba və axtı), altı ləhcədən (güney, yarki, qurah, quba, axtı və fiyar) və bir çox kiçik lüğətlərdən ibarətdir. Ləzgi ədəbi dili güney lüğətindən bəhrələnib.

Ləzgi dilinin fonetika sistemı samitlərlə (açıq olmayan hərflərlə) zəngindir. Ləzgi dilində ismin on səkkiz hal dəyişməsı var. Qədimdə Qafqaz Albaniyasında, orta əsrlərdə isə Qafqazda ləzgi dilində xeyli əhali danışırdı. Ötən əsrlərdə ləzgi əlifbası bir neçə dəfə dəyişdirildi. Indiki əlifba isə kiril hərflərindən təşkil olunub. Bu əlifba qırx beş hərfdən ibarətdir. Azərbaycanda çıxan “Samur” qəzeti təmiz, hamının rahat başa düşəcəyi dildə məqalələr çap edir.