Xalçaçılıq

Qafqaz qrupunun digər üzvləri kimi, ləzgilərdə, əsrlər boyu xalçaçılıqla məşğul olublar. Bu yerlərdə olmuş, qədim səyyahların yazıları, nəsildən nəslə gəlib çatan bu sənətin şahidləridir. Ənənəvi qadın sənəti olduğundan, analar hər zaman öz qızlarına bu sənəti öyrənməkdə yardımçı olurlar. Hər gəlin, ər evinə köçəndə, özü ilə 1-2 dənə özünün toxuduğu xalçaları cehiz kimi aparır, bununla da özlərinin bacarıqlı olduğunu göstərmiş olurlar. Hal-hazırda, evlərdə xalçaçılıqla məşğul olan ləzgi qadınlarının sayı azalır. Hətta Qusarda və Qusarın Piral kəndində yerləşən xalçaçılıq sexləri artıq fəaliyət göstərmir. Hesabatların birində belə bir şey yazılıb: “Qusar rayonunun 82 kəndindən, cəmi ikisində əhalinin əksəriyyəti xalçaçılıqla məşğuldur. Əhalisinin sayı 82000 olduğuna baxmayaraq, Qusarda cəmi 100 - ə yaxın qadın, xalçaçılıqla məşğuldur.” Müasirləşmə və Sovet hökuməti zamanında kütləvi istehsal, sıxlaşan bazar - ləzgilərdə xalça istehsalının kəskin azalmasına səbəb olmuşdur. Bunun nəticəsində, tək toxucular yox, həmçinin toxunma qaydaları və ənənələri də yox olub. Eləcə də - toxunuşun, yunun təbii üsullarla rənglənməsinin, xüsusi çətin naxışların və ənənəvi toxuculuğun sirrləri də unudulub. Hal-hazırda, bəzi Azərbaycan şirkətləri  bu ənənələri qorumaq üçün, bəzən hətta bərpa etmək üçün çox sayda cəhdlər görürlər, və Dugul Looms, Sehrli Daxmacıq kimi şirkətlər isə yerli əhaliyə gəlir əldə etməkdə yardım etməklə, daha çox işlər görüblər. Qafqaz xalçaları - növ, region, naxış və simvollarla seçilir. Ləzgi xalçalarına ən çox, ləzgilərin yaşam yeri olan – Quba rayonunda, Şirvan rayonunda və Dərbənddə - rast gəlmək olar. Hətta kiçik ləzgi kəndləri də var ki, öz xüsusi naxışını yaratmaqla illər boyunca məşhurdur. Əsrlərə naxışlarqarışıblar, və ona görə indi çətindir ayırd etmək – hansı naxış ləzgilərindir, hansı - yox. Ləzgi bəzək və naxışlarının bəzi nümunələri bunlardır “Ləzgi ulduzu”, “S” hərfinə oxşar naxış, əjdaha, günəş şüaları, əl şəklində gül, “Qonaqkənd” adlı naxış və eləcə də, “Cannamaz” xalçaları. Naxışlarınəksəriyyəti həyatdan götürülüb, və rəssam və ya toxucu istifadə üçün öz istəyinə görə bəzəklər seçir. Bunlara baxmayaraq, Sumaq – sırf ləzgi xalça növüdür. Onun unikal yastı-toxuculuq strukturu var və sırf ləzgi xalqına aiddir. Bu gün dünyada muzeylərdə və şəxsi kolleksiyalarda qədim ləzgi xalça növlərinə rast gəlmək mümkündür.