Mətbəx

 Mənsurə Xeyirovanın  ləzgi yeməklərinin hazırlanması videoları

Şakuka

Лезгинская кухня - Исита

Pçekar

Лезгинская кухня - Пчекар

  İsita

Лезгинская кухня - Исита


Lobyalı aş
Xırda ağ lobya əvvəlcədən bişirilir. Qoz ləpəsi əzilir. Düyü süzüldükdən sonra qazanın dibinə qazmaq düzülür. Bunun üçün iki yumurta, bir qaşıq qatıq və ya süzmə çalınır, ona süzülmüş düyüdən 2-3 qaşıq qatılır, sarıkök, duz vurulur. Qazmaq qaynayan şit yağda qovrulur, sonra qazanın dibinə bərabər şəkildə yayılır. Bir qat lobya, bir qat qoz ləpəsi, bir qat düyü olmaq şərti ilə bir neçə qat düzülür. Üstünə ərinmiş qaynar kərə yağı tökülür. Qapaq dəsmalla örtülüb qaynar dəmirin üstündə vam odda dəmə qoyulur.   Kambar Ləzgi doğramacı kambarsız olmur. Adətən kambar ilk baharda qarın altından boylanan, ilk tərələrdən sayılan pəldən hazırlanır. Bunun üçün pəl arıtlanıb başlardan təmizlənir, yuyulub süzülür, dəsmalın arasına qoyulub qurudulur. Sonra xırda-xırda doğranıb, duzlanıb bankalara yığılır. Pəl su salır və bir neçə gündən sonra kambar yetişir. Onu qatığa qatıb çörəklə yeyirlər.   Tsıkan
Ləzgilərin qədim yeməklərindən olan tsıkan bərəkətli və doyumlu olması ilə seçilir. Bir tsıkan böyük bir ailəni doyura bilir. Çünki onun tərkibində çoxlu komponentlər olur. Tsıkan ət maşınında çəkilmiş yağlı qoyun ətindən hazırlanır. Ona xırda-xırda doğranmış soğan, kartof, əzilmiş qoz ləpəsi əlavə olunur. Quru kəklikotu, duz, istiot vurulur. Mayalı xəmirdən lavaş yayılır, yağlanıb kündələnir. Bir qədər sonra ondan iki lavaş yayılır. Lavaşlardan birinin üstünə hazır qiymə qoyulur, o birisi ilə üstü örtülür və qıraqları bərkidilir. Tsıkan ikiqat və ya üçqat da olur. Onun hər layının arasına bir nazik lavaş qoyulur. Xərəkdə, qızdırıcı peçdə və ya sobada bişirilir. Hazır olandan sonra qalın süfrənin arasında 20-25 dəqiqə saxlanır.   Ləzgi çörəyi Ləzgi çörəyi Günəşi xatırladır. Bu da xalqın mifologiyası ilə bağlıdır. O, mayalı və mayasız xəmirdən qalın lavaş yayılıb, üstü lələklənməklə hazırlanır. Onu xərəyə qoymazdan əvvəl üstünə yumurtalı su və ya ayran çəkilir ki, çörəyin üzü yaxşı qızarsın. 20-dən çox çörək növləri ilə tanınan ləzgi mətbəxi üçün xarakterik olan mayalı (kotay) və mayasız (tili) çörək bişirməyi bütün ləzgi qadınları bacarırlar. Xərək çörəyinin çoxlu üstünlükləri var. Bu çörək ovulmur, 10-15 gün kif atmır. Ləzgilərin aşağıdakı çörək növləri var: xu (ən qədim çörək növü), xul, çarfu, qaquts, lavaş, bazlamaç, saçun fu, akat fu, qulan fu, çar avay fu, ştkar, nisi kvay fu, mukaş kvay fu, xöx avay fu, tunut, şirin fu, quzan, aluqa, tsaluq, bakluk, çerekun və s.